Mobil versiya
Vətəndaş məmnunluğunun təmin edilməsi Xətai rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdəndir
Tarix: 15-03-2024 | Saat: 11:47
Bölmə:Manşet / Ölkə / Özəl | çapa göndər

Vətəndaş məmnunluğunun təmin edilməsi Xətai rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdəndir

Ölkə Prezidenti cənab İlham Əliyevin son 21 il ərzində davamlı olaraq uğurla həyata keçirdiyi məqsədyönlü siyasi kurs ölkənin iqtisadi, siyasi, sosial həyatında çox mühüm naliyyətlərin əldə edilməsinə səbəb olub. Xüsusilə Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən möhtəşən bərpa və yenidənqurma işləri bu gün bütün dünyanın diqqətini özünə çəkir. Digər tərəfdən isə, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf ölkənin bütün digər bölgələrində, bütün rayon və şəhərlərimizdə quruculuq işlərinin yüksək səviyyədə davam etdirilməsinə əlverişli zəmin yaradıb. O cümlədən günü-gündən gözəlləşən paytaxt Bakımızda həyata keçirilən abadlıq-quruculuq işləri də doğma şəhərimizin simasını sürətlə dəyişir və dəyişikliklər həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının heyranlığına səbəb olur.

Əlbəttə ki, ölkəmizdə və paytaxtda müşahidə olunan hərtərəfli inkişafın təsirləri Bakının Xətai rayonunda da öz bariz təzahürlərini tapmışdır. Qeyd etmək lazımdır ki, vətəndaş məmnunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması Rafiq Quluyevin rəhbərlik etdiyi Xətai rayon İcra Hakimiyyətinin hər zaman prioritet istiqamət kimi müəyyən etdiyi məsələlər olmuş, möhtərəm dövlət başçımızın qarşıya qoyduğu vəzifə və tapşırıqların effektiv icrası istiqamətində bütün qüvvələr səfərbər edilmişdir. Xətai rayonunda görülən işlər özünün ünvanlı, ardıcıl, sistemli olması ilə ümumilikdə Bakı şəhərində davam etdirilən abadlıq-quruculuq işlərinin genişlənməsi və paytaxtın kompleks inkişafını təmin edilməsi məqsədlərinə xidmət edir. Əlbəttə ki, bütün bu görülən işlər rayon sakinlərinin də ürəyincədir. Vətəndaşların bu məmnunluğu Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin sakinlərlə mütəmadi olaraq keçirdiyi görüşlərin gedişində də özünü açıq-aşkar büruzə verir. O cümlədən, martın 12-də növbəti belə bir görüş 245 saylı tam orta məktəbdə keçirilib. Görüşdə rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Bələdiyyə sədrləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri və habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, Azərbaycanda həm ölkə başçısının qətiyyəti və iradəsi, təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir. Bildirilib ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Hazırda Azərbaycan üçün yeni dövr başlayıb, və bu dövrə ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Az öncə də qeyd etdiyimiz kimi, Xətai rayonunda şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması, şəhidlərimizin əziz xatirələrinin hər zaman yad olunması kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə rayon rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı tez-tez anım tədbirləri keçirilir. O cümlədən, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Xətai rayon İcra Hakimiyyətinin məsul işçiləri şəhid analarını ziyarət ediblər. Görüşlərdə şəhidlərimiz kimi, onların analarının, xanımlarının, övldlarının da bütün xalqımız üçün çox qiymətli olması vurğulanıb. Şəhid anaları Beynəlxalq Qadınlar Günü münasibət ilə təbrik edilib və onlara gül dəstələri və hədiyyələr təqdim edilib. Görüşlərdə şəhid ailələrini narahat edən məsələlər, onların arzu və istəkləri dinlənilib. Şəhid anaları ölkə rəhbərliyinin onları daim diqqətdə saxladıqları və qayğı ilə əhatə etdiyi üçün öz təşəkkürünü bildirmiş və Mehriban xanım Əliyevanı da 8 Mart münasibəti ilə təbrik etmişlər. Mütəmadi olaraq keçirilən belə tədbirlərin gedişində İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə söhbət edir, onların qayğıları ilə maraqlanır, mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görülür.

Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, paytaxtın Xətai rayonunda da kompleks tədbirlərə start verilib. Mart ayının 2-də Xətai rayonunda 8 Noyabr və Gəncə prospektlərində, həmçinin Cavanşir küçəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 1000-dən çox ağac əkilib. Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Aksiyanın təşkil edilməsində əsas məqsəd Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə insanlara ətraf mühitin qorunması hissini aşılamaqdır.

Sonda bir məqamı da qeyd edək ki, bu gün Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin rayonda vətəndaş məmnunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması istiqamətində göstərdiyi səmərəli fəaliyyəti dövlətimiz və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Rafiq Quluyev bu günlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Əlbəttə ki, Ulu Öndərimizin adı ilə bağlı olan bu mükafat onunla təltif olunan insanın fəaliyyətinə verilən ən yüksək dəyərin göstəricisidir.

Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quluyevi bu ali mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli Rafiq müəllimə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024