Mobil versiya
İlin sonunadək azad olunan ərazilərə 5 mindən çox ailə köçürüləcək
Tarix: 15-03-2024 | Saat: 11:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

İlin sonunadək azad olunan ərazilərə 5 mindən çox ailə köçürüləcək

Bu ilin sonunadək azad olunan ərazilərə 5 min 171 ailənin köçürülməsi planlaşdırılır.

aia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

Əli Əsədov qeyd edib ki, bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 min 171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır: "Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024