Mobil versiya
Fransa dindar vətəndaşlara yeni məhdudiyyətlər qoyub
Tarix: 14-03-2024 | Saat: 13:20
Bölmə:Özəl | çapa göndər

Fransa dindar vətəndaşlara yeni məhdudiyyətlər qoyub

Fransa hökuməti bu ölkədə camaat namaz qılanların (imamların) fəaliyyətini məhdudlaşdırmaq üçün yeni qanunlar tətbiq edib.

Fransanın daxili işlər naziri Gerald Darmaninin sözlərinə görə, Fransa məscidlərindəki camaat namazı başçıları fransızca danışmalı və dünyəvilik kurslarında iştirak etməlidirlər.

Darmanin həmçinin Fransa hökuməti adından Fransaya imam göndərən ölkələrə 2024-cü ildən başqa ölkələrdən imamların işə götürülməsinin dayandırılacağını açıqlayıb.

Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi Tunisdə qırx il yaşayan məscid imamı və xətibi üçün ölkədən çıxarılma əmri vermişdi.

İslam bu gün Fransada ikinci ən böyük din hesab olunur.

Məlumata görə, 60 milyonluq bu ölkədə beş-altı milyona yaxın müsəlman yaşayır.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025