Mobil versiya
Tanınmış şərhçi millimizin qələbəsindən danışdı
Tarix: 10-10-2016 | Saat: 16:51
Bölmə:İdman | çapa göndər



Tanınmış türkiyəli şərhçi Ahmet Çakar Azərbaycan millisinin qələbəsindən bəhs edib.

Çakar “DÇ-2018”-in seçmə mərhələsinə uğursuz start götürən Türkiyə yığması ilə bağlı tənqidi fikirlər səsləndirərkən məhz millimizi nümunə göstərib.

Qrupda keçirdiyi 3-cü matçda İslandiyaya 0:2 hesabı ilə məğlub olan “u-ulduzlular”ın aktivində cəmi 2 xal var. Azərbaycan millisi isə 2 oyuna 6 xal toplayıb.

Ahmet Çakar “Beyaz TV”-də yayımlanan “Beyaz Futbol” verilişində elə bu məsələyə toxunub. Çakar, Fatih Terimə Azərbaycan millisinin uğurlu çıxışını örnək göstərib:

“İslandiya Hava Limanını tərk edib, yavaş-yavaş Atlantik okeanından Avropaya qıvrılan təyyarənin içindəki Fatih Terimə səslənirəm. 5-6 il əvvəl deyirdik ki, qarşımıza Malta, Moldova, Lixtenşteyn, Azərbaycan kimi komandalar çıxmasa, biz bu işi bacarmarıq.
Onlara yuxarıdan aşağı baxardıq. Qardaş Azərbaycanın hazırda 6 xalı var.

Norveçi məğlub etdilər. Norveç də kənd komandası deyil, Ukrayna, İslandiya kimi bir komandadır. 3-5 il əvvəl futbolunu kiçik gördüyümüz qardaş ölkə Azərbaycan, hazırda ənsəmizdədir. Fatih Terimin nəvəsi Yaman babasını kənarda görmək istəyir. Amma mən Türkiyəni Cəbəllüttariqlə eyni səbətdə görmək istəmirəm. Mən nəvəmin də bunu görməsini istəmirəm. Baxın, Azərbaycanın nəfəsi kürəyimizdədir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024