Mobil versiya
Qərb Şəriyədə 'Yəhudi məskunlaşan' zülmü! Fələstin mülklərinə hücum etdilər
Tarix: 13-03-2024 | Saat: 09:12
Bölmə:Özəl | çapa göndər

Qərb Şəriyədə 'Yəhudi məskunlaşan' zülmü! Fələstin mülklərinə hücum etdilər


İsrailli yəhudi mühacirlər işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Burin kəndində fələstinlilərin mülklərinə hücum edərkən, İsrail ordusu tərəfindən 3 aylıq körpə və atası döyülərək yaralanıb.Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Nablusun cənubundakı Burin kəndinin şərqindəki qeyri-qanuni Givat Ronin qəsəbəsində məskunlaşan yəhudi mühacirlər İsrail qüvvələrinin himayəsi altında Burin kəndinin şərq hissəsinə hücum ediblər.Yəhudi köçkünlər hücumda kənddə bir avtomobili yandırıb, 2 avtomobili məhv ediblər.

İsrail qüvvələri də bir çox istiqamətdən kəndə basqın edərək, canlı güllələrdən və gözyaşardıcı qaz bombalarından istifadə edib.

Burindəki Fəth hərəkatının liderlərindən olan Nasir əl-Nəccar Fələstin televiziyasına verdiyi açıqlamada ordunun müşayiəti ilə yəhudi mühacirlər Burinin şərqindəki evlərə hücum etdiyini bildirib.

Digər tərəfdən Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail ordusunun Burin kəndində 35 yaşlı fələstinli ata və 3 aylıq körpəsini avtomobillə döyərək yaraladığı bildirilib.

Açıqlamada yaralanan ata və körpəsinin müalicə üçün xəstəxanaya aparıldığı qeyd edilib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025