Mobil versiya
Putinin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı çox danışılan şərhi: Bu, mənasızdır
Tarix: 13-03-2024 | Saat: 09:03
Bölmə:Özəl | çapa göndər

Putinin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı çox danışılan şərhi: Bu, mənasızdır


Rusiya lideri Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəyərləndirib və “Bu, mənasızdır” şərhini verib.Rusiya lideri Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəyərləndirib.“İNDİ FİNLANDİYA SƏRHƏDİNDƏ ƏSGƏRLƏRİMİZ OLACAQ”
Putin açıqlamasında "İsveç və Finlandiyanın NATO-ya daxil olması mənasız bir addımdır. Finlandiya sərhəddində nə əsgərimiz, nə də hərbi gücümüz var idi. İndi belə olacaq" deyib.

NÜVƏ MÜHARİBƏSİ XƏBƏRDARLIĞI
Putin nüvə gücünü yenidən gündəmə gətirərək, “Rusiya hərbi və texniki baxımdan nüvə müharibəsinə hazırdır” dedi.

Rusiyanın nüvə müharibəsinə hazır olduğunu, lakin bunun üçün hələ lazımi vəziyyətin olmadığını bildirən Putin, “ABŞ nüvə sınağı etsə, Rusiya da eynisini edəcək” deyib.

Amerika seçkiləri ilə bağlı danışan Rusiya lideri "Biz heç bir ölkənin seçkilərinə müdaxilə etməmişik. Seçilmiş Amerika lideri ilə işləməyə davam edəcəyik" deyib.

Putin həmçinin bildirib ki, Tramp onu prezidentliyi dövründə Baydenə rəğbət bəsləməkdə ittiham edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025