Mobil versiya
NATO-nun baş katibi postuna yeni iddiaçı üzə çıxıb
Tarix: 12-03-2024 | Saat: 19:58
Bölmə:Özəl | çapa göndər

NATO-nun baş katibi postuna yeni iddiaçı üzə çıxıb

Rumıniya prezidenti Klaus İohannis brifinqdə deyib ki, o, NATO-nun baş katibi vəzifəsinə namizəd olmağa qərar verib. Bu barədə RİA Novosti yazır.Siyasətçi qeyd edib ki, o, namizədliyini “tam məsuliyyətlə” irəli sürür. O, əlavə edib ki, bu qərar Rumıniya prezidenti kimi iki mandat dövründə qazanılan təcrübə əsasında qəbul edilib.

O, “NATO, Avropa və bütövlükdə regionun üzləşdiyi” çağırışları dərindən anladığını söylədi.

Xatırladaq ki, ekspertlər bundan əvvəl alyansın rəhbəri postuna iddialı ola biləcək bir sıra avropalı siyasətçilərin adını çəkmişdilər. Onların arasında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Estoniyanın baş naziri Kaja Kallas, AK prezidenti Ursula fon der Leyen və Hollandiyanın baş naziri Mark Rutte də var.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025