Mobil versiya
Konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü
Tarix: 12-03-2024 | Saat: 13:14
Bölmə:Özəl | çapa göndər

Konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər həm də demək olar ki, bütün siyasi qüvvələrin siyasi rəqabət mühitində keçirilən seçkilərdə iştirak etməsi ilə yadda qaldı. Nəticədə Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament formalaşmış oldu və Parlament müxalifəti Milli Məclisin, komitə və komissiyaların rəhbərliyind təmsil olunmaq imkanı əldə etdi. Cənab Prezident həmin vaxt Parlamentin iclasındakı çıxışında bunu demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə kimi qiymətləndirmiş və sözügedən faktın Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik olduğunu bildirmişdi.

Cənab Prezident çıxışı zamanı qeyd etdiyi kimi, parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində.Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.Milli Məclis üçün önəmli vəzifələrdən biri də Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görməkdir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.Prezident çıxışında islahatların dərinləşməsində Parlamentin oynamalı olduğu rolu xüsusi olaraq qeyd edərək bu mənada deputatlar qarşısında böyük vəzifələr durduğunu bildirmişdi. Həqiqətən də keçən dövr istər siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri baxımından, istər sə iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunların qəbulu baxımından əhəmiyyətli dövr oldu.Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması cənab Prezident İlham Əliyevin böyük qələbəsidir. Sonda cənab Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulamışdır. Ölkə xaricində anti-Azərbaycan qüvvələrinin yaradılması istəyi də ölkəmizə qarşı məqsədli surətdə düşünülmüş düşmən siyasətinin tərkib hissəsidir. Yeni beşinci kolonun yaradılması istiqamətində aparılan iş də bu qəbildəndir. Azərbaycana qarşı ikli standartlar hələ də davam edir, ölkəmizə qarşı heç bir əsası olmayan iddialar səsləndirilir. Dövlətimizin başçısı ona görə də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməsini vacib sayıb və deyib ki, o təşkilatlarda ki, ölkəmizə qarşı qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir.

Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.Hazırda ölkədə islahatlar aparılır. İslahatların davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları da aparılır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025