Mobil versiya
Puşkov: NATO rəhbərinin Ukrayna ilə bağlı dedikləri Qərb siyasətində dəyişiklik deməkdir
Tarix: 12-03-2024 | Saat: 08:37
Bölmə:Özəl | çapa göndər

Puşkov: NATO rəhbərinin Ukrayna ilə bağlı dedikləri Qərb siyasətində dəyişiklik deməkdir

NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın mümkün təslim olması ilə bağlı bu yaxınlarda verdiyi bəyanat Qərbin strategiyasında dəyişiklik olduğunu göstərir. Bu fikri senator Aleksey Puşkov öz Telegram kanalında paylaşıb.Puşkov qeyd edib ki, Stoltenberq ilk dəfə olaraq böhranın həlli üçün danışıqlara başlamaq lazım olduğunu etiraf edib, alyansın lideri isə Ukraynanın əvvəlki sərhədlərinə qayıdışdan bəhs etməyib.

"Stoltenberqin bəyanatı göstərir ki, Qərb Kiyev üçün hərbi əməliyyatların perspektivlərinə şübhə ilə yanaşır. Artıq orada ərazilərin qaytarılması ilə bağlı ciddi söhbət yoxdur", - siyasətçi yazıb.
Onun sözlərinə görə, Qərb hazırda Ukraynanın əsas ərazisini qoruyub saxlamağa, onu qərb təsir zonasına daxil etmək perspektivinə yönəlib.

Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukraynanın Rusiya Federasiyası ilə silahlı qarşıdurma çərçivəsində təslim olması sülhün əldə olunmasına kömək etməyəcək.“Danışıqlar masası arxasına oturmaq və Ukraynanın müstəqil və suveren dövlət kimi qalacağı həll yolunu müzakirə etmək lazımdır”, - alyans bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025