Mobil versiya
İsveçin baş naziri Baltikyanı ölkələrə hərtərəfli dəstək vəd edib
Tarix: 11-03-2024 | Saat: 20:14
Bölmə:Özəl | çapa göndər

İsveçin baş naziri Baltikyanı ölkələrə hərtərəfli dəstək vəd edib

İsveçin baş naziri Ulf Kristersson “Politico” nəşrinə müsahibəsində İsveçin NATO müttəfiqinə çevrilmiş Baltikyanı ölkələrə hərtərəfli dəstək verəcəyini vəd edib.Kristersson qoşunların Baltikyanı regionda potensial yerləşdirilməsini “çox təbii” variant adlandırıb.

“Biz Baltikyanı ölkələr üçün həm hava patrulu sahəsində, həm də digər vəzifələrdə olduqca təbii olan bir neçə potensial imkanları qeyd etmişik” dedi.
İsveç hökumətinin başçısı krallığın Baltik dənizindəki potensialını da vurğulayıb.

O qeyd edib ki, NATO-nun bir hissəsi olan Avropa ölkələri “kifayət qədər güclü müdafiə qurmalıdırlar və təkcə ABŞ-ın onu təmin edəcəyinə və bunun üçün pul ödəyəcəyinə ümid etməməlidirlər”.

Bundan əvvəl İsveçdə ölkənin Şimali Atlantika Alyansına daxil olması münasibətilə bir sıra mərasimlər keçirilib.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə