Mobil versiya
Əsassız tənqidə tutarlı cavab
Tarix: 11-03-2024 | Saat: 15:34
Bölmə:Siyasət / Özəl | çapa göndər

Əsassız tənqidə tutarlı cavab

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi bir sıra məqamlara aydınlıq gətirdi. Cənub Qaz Dəhlizinin indiki səviyyəyə gəlib çatması üçün görülən işlərin miqyasını xatırladan cənab prezident qeyd etmişdir ki, “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.” Bir çoxlarının bu layihənin reallaşmayacağına dair fikirləri olsa da artıq 3500 km-lik kəmər Avropaya təbii qaz nəqlində mühüm rola malikdir.
Layihənin getdikcə daha çox ölkələri əhatə etdiyini bildirən cənab İham Əliyev bunun səbəbinin təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları olduğunu qeyd etmiş, layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdiyini. Başladığı işin uğurla başa çatmasına görə insanın özünü xoşbəxt hiss etdiyini bildirmişdir.
“COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir”- bildirən cənab Prezident qeyd etmişdir ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”
Azərbaycanı tənqid edənlərə ən tutarlı cavab da bu fikirlər oldu. Buyurun, həm sizi enerji ilə təmin edirik, həm də gələcəkdə yaşıl enerjiyə keçid üçün əsaslar yaradırıq.
Cənab Prezidentin müsahibədəki cavabları ölkə başçısının enerji siyasətində düşünülmüş və ardıcıl xətt yürütdüyünü, həm insanların maddi rifahının həm də gələcək həyatın təhükəsizliyinin təminatına yönəlmiş fikirlər kifayət qədər aydın və konkretdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024