Mobil versiya
Dünya üçün enerji və əmkdaşlıq
Tarix: 11-03-2024 | Saat: 15:32
Bölmə:Siyasət / Özəl | çapa göndər

Dünya üçün enerji və əmkdaşlıq

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Ölkəmizin başçısı ilk növbədə müasir gesoyasi vəziyyətdə enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkərək bu sahədə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib. Cənab Prezident Azərbaycan və Albaniyanın beynəlxalq təsisatlarda bir-birini dəstəklməsini, habelə enerji təhlükəsizliyi məsələlərində fəal əəməkdaşlığın mövcud olduğunu bildirərək qeyd edib ki, Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin ardıcıl olduğunu qeyd edən ölkə başçısı bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab etdiyni diqqətə çatdırıb. Cənab Prezident qeyd edib ki, şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Yeni qaz yataqlarının istismara verilməsi artıq deməyə əsas verir ki, biz buna da nail olacağıq. Ölkəmizin başçısı Avropanın enerji təhükəsizliyin Azərbaycanın töhfəsini diqqətə çatdıraraq bildirib ki. “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.”
Enerji istehsalı və satışı sahəsində gələcək planlardan söz açan cənab İlham Əliyev qeyd edib ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatına başlanacaqdır: “Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır.”
Ölkəmizin həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak etdiyini xatırladan cənab Prezident ölkəmizin bu sahədə geniş potenasiala malik olduğunu bildirmişdir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu nəzərə çatdıran dövlət başçısı bərpaolunan enerji layihələrinin yüksək göstəricilərə malik olduğunu bildirmiş, oktyabr ayında Azərbaycanda açılışı olmuş ilk böyük Günəş Elektrik Stansiyasının gücünün 230 meqavat olduğunu bildirmişdir. Bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri olan “Masdar” tərəfindən inşa olunmuş bu stansiya ildir, lakin son deyil. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək Azərbaycan 5 qiqavat günəş və külək enerjisi istehsal edəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024