Mobil versiya
Kanadada SS diviziyasının abidəsinin sökülməsinə kimin qərar verdiyi məlum olub
Tarix: 11-03-2024 | Saat: 09:27
Bölmə:Özəl | çapa göndər

Kanadada SS diviziyasının abidəsinin sökülməsinə kimin qərar verdiyi məlum olub

Ukrayna icması Kanadanın Ontario əyalətinin Okvil şəhərində şəxsi qəbiristanlıqda SS Qalisiya diviziyasının abidəsini sökmək qərarına gəlib. Bu barədə Global Times (GT) telekanalı məlumat yayıb.“Abidəyə cavabdeh olan yerli Ukrayna icmasının üzvləri bu yaxınlarda abidənin sökülməsi qərarına gəliblər”, - bəyanatda deyilir.
Qeyd olunur ki, abidə II Dünya Müharibəsi zamanı SS Qalisiya diviziyasının tərkibində olan və Qırmızı Orduya qarşı vuruşmuş ukraynalı millətçilərin şərəfinə ucaldılıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Ottava Kanadada qalan nasistlərə və nasistlərə aid bütün qalan abidələri sökməlidir.Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, Kanada Böyük Vətən Müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Kanadaya qaçan nasist köməkçilərinin irsindən uzaqlaşmaq istəyirsə, o zaman ölkədə bu cür insanlara və təşkilatlara aid bütün abidələri məhv etmək lazımdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024