Mobil versiya
Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddu
Tarix: 10-03-2024 | Saat: 22:55
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddu

1991-ci il oktyabr ayında müstəqilliyini bəyan edən Azərbaycan Respublikası üçün beynəlxalq aləmə uğurlu inteqrasiya həyati vacib əhəmiyyət kəsb edirdi.Ölkənin olduqca əlverişli geosiyasi bir məkanda, həm də dünyanın super güclərinin kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverənliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici strategiyanın hazırlanması və tətbiq edilməsi tələb edirdi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev uzaqgörən, düşünülmüş və yeni siyasi reallıqları ən xırda elementlərinə kimi nəzərə alan xarici siyasət strategiyası gənc Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sisteminə layiqli yerini tutmasını şərtləndirmişdir. Bu uğurlu siyasəti Prezidentimiz cənab İlham Əliyev dəvam etdirdi və etdirməkdədir.Azərbaycan Respublikasının xarici siyasətinin başlıca prinsipləri mövcuddur. Bu prinsiplər bir qayda olaraq daxili-siyasi reallıqların təsiri altında müəyyənləşir. Biz artıq əsaslandırmışıq ki, xarici siyasət daxili siyasətin beynəlxalq münasibətlər sistemində davamıdır. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuza malikdir. Azərbaycanın dövlətinin ən başlıca priotetləridən biridə bu idi və əldə edildi. Bu nəhəng arenada bir ölkəyə qardaş, digərinə yoldaş və daha yaxınlara dost deyərək uğurlu münasibət yaradılmışdır. Bildiyimiz kimi bu “yoxdan var” etməyə bənzəyir,amma cənab Prezidentimiz çətinliklərə baxmayaraq bunu bacardı. Ən əsası biz Türkiyə kimi dövlətlə qardaşlıq münasibəti əldə etdik. Qeyd olunanlardan başqa, ölkə xarici siyasətinin digər prioritetləri də göstərmək mümkündür. Məsələn, bunlardan regionda qanunsuz silah və digər daşınmaların qarşısının alınması; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənübi Qafqaz nüvə silahlarından azad zona yaradılması; iştirakçısı olduğumuz Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətində geniş fəaliyyət programın həyata keçirilməsini qeyd etmək olar. Azərbaycan dövlətinin icra etdiyi yeniliklər və əldə edilən uğurları saymaqla bitməz. Və unutmayaq ki, imza atılan uğurlar qısa müddət ərzində icra edilmişdir. Biz əminik ki, cənab Prezidentimiz gözəl nəaliyyətlərə imza atmağa dəvam edəcək və Dağlıq Qarabağ məsələsi kökdən həll ediləcək.

Bayramov Murad
Nəsimi rayon gənci




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024