Mobil versiya
NYT: Trampın prezidentliyə namizəd kimi irəli sürülməsi ABŞ üçün faciədir
Tarix: 07-03-2024 | Saat: 09:02
Bölmə:Özəl | çapa göndər

NYT: Trampın prezidentliyə namizəd kimi irəli sürülməsi ABŞ üçün faciədir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsi bütün ölkə üçün faciədir. Bu fikir “The New York Times” qəzetinin praymeriz nəticələrinə dair məqaləsində səsləndirilib. Onlar qeyd ediblər ki, ilkin seçkilərin nəticələrinin açıqlanmasından sonra Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülmək üçün lazım olan 1215 nümayəndə həddi yaxınlaşıb.“Bu, Respublikaçılar Partiyası və onun xidmət etməyə çağırdığı ölkə üçün faciədir”, - nəşr yazır.
Məqalə müəllifləri Trampın üçüncü dəfə prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edəcəyinə şübhə etmirlər. Eyni zamanda, partiyanın onun üçün yalnız ambisiyalarını həyata keçirmək üçün bir vasitə kimi çıxış etdiyinə əminliklərini ifadə edirlər. Məqalədə qeyd edilir ki, Respublikaçılar Partiyası Trampın namizədliyini irəli sürməklə öz öhdəliklərini, prinsiplərini və vətənpərvərliyini güzəştə gedib."Partiya Ukraynanı dəstəkləmək vədlərindən və Avropadakı NATO müttəfiqlərimizin təhlükəsizliyinə sadiqliyindən əl çəkməyə hazır görünür", - qəzet yekunlaşdırıb.
Bundan əvvəl politoloq Trampı Super çərşənbə axşamı qazandığı qələbələrə görə sevinməməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024