Mobil versiya
Ultra zənginlər ən çox Türkiyədə artıb
Tarix: 07-03-2024 | Saat: 08:33
Bölmə:Özəl | çapa göndər

Ultra zənginlər ən çox Türkiyədə  artıb

Britaniyanın daşınmaz əmlak məsləhət şirkəti Knight Frank illik "Sərvət Hesabatı"nın 2024-cü il buraxılışını dərc edib.Beynəlxalq daşınmaz əmlak məsləhət şirkəti Knight Frank 2024-cü il Sərvət Hesabatını açıqlayıb.
Buna görə, 2023-cü ildə sərvəti 30 milyon dollar və ya daha çox olan ultra varlı insanların sayının mütənasib olaraq ən çox artdığı ölkə Türkiyə olub.

Hesabata görə, dünyada bir əvvəlki il 601 min 300 olan qlobal ultra zənginlərin sayı yüzdə 4,2 artaraq 626 min 619-a yüksəlib.

Regional əsasda ultra varlı insanların sayının artmasına 7,2 faizlə Şimali Amerika və 6,2 faizlə Yaxın Şərq liderlik edir, Latın Amerikası isə zəngin şəxslərin əhalisinin azaldığı yeganə bölgədir.

Beləliklə, enerji böhranı, iqtisadi darboğaz və geosiyasi şoklar səbəbindən 2022-ci ildə azalan ultra milyonçuların sərvətinin 2023-cü ildə bərpa olunduğu görülüb.
TÜRKİYƏDƏ ULTRA ZƏNGİNLƏRİN SAYI 10 FİZƏ ARTIB
Ultra zənginlərin sayında təxminən yüzdə 10 artımla ölkələr arasında reytinqə Türkiyə başçılıq etdiyi halda, onu təxminən yüzdə 8 artımla ABŞ izlədi.

Məlumatlara görə, Türkiyədə 30 milyon dollardan çox sərvəti olan insanların sayı 2022-ci ildəki 1761-dən 2023-cü ildə 1932-yə yüksəlib.
Proqnozlara görə, 2028-ci ilə qədər olan beşillik dövrdə dünyada ultra varlı insanların sayının 28,1 faiz artacağı gözlənilir.

Hesabata görə, 2023-cü ilə qədər olan beşillik dövrdə artım 44 faiz təşkil edir.Bu, gələcəkdə genişlənmə sürətinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyindən xəbər verir.
2028-ci ilə qədər 43 faiz artacaq
Türkiyədə ultra zənginlərin sayının 2028-ci ildə 42,9 faiz artaraq 2760 nəfərə çatacağı proqnozlaşdırılır. Paylaşılan rəqəmlərə görə, Hindistan və Çindən sonra zəngin insanların sayının ən çox artacağı gözlənilən ölkə Türkiyədir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada ultra varlı insanların sayının artması daşınmaz əmlaka müsbət baxır, bu zənginlərin demək olar ki, beşdə biri bu il kommersiya daşınmaz əmlakına sərmayə qoymağı planlaşdırır və beşdə birindən çoxu daşınmaz əmlak almağı düşünür.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə