Mobil versiya
Ünvanı bəlli olan mesaj
Tarix: 06-03-2024 | Saat: 17:29
Bölmə:Özəl | çapa göndər

Ünvanı bəlli olan mesaj

Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə bu fikri əbəs səsləndirmədi. Artıq bərpaolunan enerji layihələrinin qarşımıza qoyduğu mühüm yolu qət etməyə başlamışıq. 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

Televiziya jurnalistinin suallarına konkret və əhatəli cavablar verən cənab Prezident  Cənub Qaz Dəhlizinin reallaşması üçün görülən işlərdən və maneələrdən danışmış, müxtəlif ideyaların və təkliflərin ən yaxşısının həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın imkanlarından istifadə edildiyini bildirmişdir: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”-deyə bildirən ölkə bacısı qeyd edib ki, indi 3500 km-lik kəmər arzu deyil, reallıqdır. Hazırda həmin kəmər vasitəsilə Avropanın 6 ölkəsinə təbii qaz ötürülür ki, bu da qoca qitənin enerji təhlükəsizliyində kifayət qədər rola malikdir.
Layihənin getdikcə daha çox ölkələri əhatə etdiyini bildirən cənab İlham Əliyev bunun səbəbinin təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları olduğunu  qeyd etmiş, layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdiyini. Başladığı işin uğurla başa çatmasına görə insanın özünü xoşbəxt hiss etdiyini bildirmişdir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı iştirakçılar tərəfindən səsləndirilən çıxışlar deməyə imkan verir ki, Azərbaycanı daha perspektivli layihələr gözləyir. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bərpaolunan enerji layihələrinin icrası bu torpaqlar işğaldan azad edilən ilk vaxtlardan etibarən diqqət mərkəzində saxlanıb. Belə ki, 2021-2023-cü illərdə Azərbaycanın bu bölgələrində ümumi gücü 170 meqavatt olan su elektrik stansiyaları istismara verilib. Eyni zamanda, cari ilin sonunadək bu stansiyaların gücünün 270 meqavata çatdırılacağı, bir neçə il sonra isə həmin göstəricinin 500 meqavata yüksəldiləcəyi qarşıya mühüm vəzifə kimi qoyulub. Yeri gəlmişkən, ötən ilin oktyabr ayında respublikamızda Xəzər dənizi və Qafqaz regionunda ən böyük elektrik stansiyası olan 230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib.  Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə potensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir.  Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz” enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.

Prezident cənab İlham Əliyev hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Qarabağda, Bakıda, Naxçıvanda böyük həcmli layihələr həyata keçirilib.  Beynəlxalq standartlara əsasən transformasiyanın vacib şərti enerji səmərəliliyidir. Səmərəlilik hər vahid enerjinin istifadəsi nəticəsində hansı dəyərdə ümumi daxili məhsul istehsal olunduğuna əsaslanır. Göründüyü kimi, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu, öz ifadəsini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişafı strategiyasının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025