E L A N
Tarix: 30-01-2024 | Saat: 15:26
Bölmə:Özəl | çapa göndər

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 29 yanvar 2024-cü il tarixli qərarına əsasən 01 mart 2024-cü il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 01 mart 2024-cü il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
Cəmiyyətin 2023-cü il üzrə bölüşdürülməmiş mənfəətinin səhmdarlar arasında dividend olaraq bölüşdürülməsi.
Cəmiyyətin kapital mövqeyi, investisiya siyasəti, bölüşdürülməmiş mənfəəti və törəmə cəmiyyətlərdə iştirak payı ilə bağlı məsələlər.
Cəmiyyətin səhmdarı olduğu cəmiyyətlərin səhmdarlarının yığıncaqlarında onun adından çıxış edəcək səlahiyyətli nümayəndələrinin təyin edilməsi.
Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların növbədənkənar ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025