Mobil versiya
Putin Soçidə MAQATE rəhbəri ilə görüşəcək
Tarix: 06-03-2024 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər

Putin Soçidə MAQATE rəhbəri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Soçidə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşəcək, o, Rosatom dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçevlə danışıqların təfərrüatlarını bölüşəcək, Kremlin sözçüsü Dmitri Peskov bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.“Prezident Soçidə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossini qəbul edəcək. Qrossi və onun Rusiya tərəfdən olan həmkarı, “Rosatom”un rəhbəri [Aleksey] Lixaçov təmasları barədə dövlət başçısına məlumat verəcəklər”, – Peskov bildirib.
Martın 5-də Qrossi Rusiyaya səfərə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MAQATE rəhbərinin Rusiyada bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024