Mobil versiya
Kreml ICC-nin yeni orderlərinin verilməsini şərh edib
Tarix: 06-03-2024 | Saat: 13:43
Bölmə:Özəl | çapa göndər

Kreml ICC-nin yeni orderlərinin verilməsini şərh edib


Rusiya Roma Statutunun tərəfi deyil və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) heç bir qərarını tanımır. Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın uzaqmənzilli aviasiya komandirləri Sergey Kobılaş və Qara dəniz donanması Viktor Sokolovun həbsinə dair məhkəmənin order verməsini şərh edərkən deyib.“Biz nizamnamənin tərəfləri deyilik, bunu tanımırıq” deyən Peskov, “Biz belə qərarlara uyğun davranırıq”.

Kremlin sözçüsü xatırladıb: “Bu, [ICC-nin Rusiya ilə bağlı] ilk qərarı deyil.Əvvəllər Moskva tərəfindən tanınmayan orqan Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın Ukraynada Rusiyanın xüsusi əməliyyatı ilə bağlı həbsinə order verib. Peskov həmçinin qeyd edib ki, BCM-də “müxtəlif qapalı proseslər davam edir”.

Bundan əvvəl BCM Kobylaş və Sokolovun həbsinə orderlərin verildiyini elan etdiyi press-reliz dərc edib. Sənəddə hər ikisinin Ukraynadakı münaqişə kontekstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı iddia edilir.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə