“Sahil Babayevə məxsus şirkətin mənə 76 min manat borcu var” - Həbsdə olan MMC müdiri - FOTO
Tarix: 04-03-2024 | Saat: 12:01
Bölmə:Manşet / Gündəm | çapa göndər
Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan “Tua-TT” MMC-nin rəhbərinin kassasiya şikayətinə baxılacaq.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum olunan Tural Asif oğlu Alışanlının şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
[left][/left]Xatırladaq ki, Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilib. Tural Alışanlı apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.
Tural Alışanlı məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə məxsus olan şirkəti ittiham etmişdi: “Sahibi olduğum “TUA” TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min manatı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərərkdən, gərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunuda bilərəkdən az yazıblar. Yenədə eybi yox, olsun.
Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya (“TUA” TT və “AĞRIDAĞ”TT) yığılıb qalmış 157 min manat pulun 81 min manatını yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında əslində ən azı 35 min manatlıq, amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox puluda çıxanda qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var.
Bu 76 min manatdan da 27 min manatı çıxanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024