Mobil versiya
Bakıda dəhşətli qəza - Piyada avtobusun altında qalıb öldü
Tarix: 01-03-2024 | Saat: 09:51
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda dəhşətli qəza -

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aia.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində qeydə alınıb.

Belə ki, Koroğlu-Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu qəza törədib.

Hadisə şəxsin piyada üçün nəzərdə tutulmayan ərazidən keçdiyi zaman baş verib. Avtobusun altında qalan şəxs hadisə yerində ölüb.

Polis əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə