Mərhum prezidentin qızının qəlbləri titrədən harayı: “Balamı qaytar, ana, dözə bilmirəm...”
Tarix: 06-10-2016 | Saat: 18:00
Bölmə:Seçilənlər-4 | çapa göndər
Twitter-də Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnara Kərimovaya aid olduğu bildirilən məktub yayılıb.
Məktubun Twitter-də başqa adla yayıldığı bildirilir. Məzmun məktubun Gülnara tərəfindən yazıldığına şübhə yeri qoymur, ancaq məktubun həqiqətən onun tərəfindən yazıldığını dəqiqləşdirmək mümkün deyil. Məktubdan məlum olur ki, onun müəllifi ağır mənəvi iztirablar çəkir və intihar barədə düşünür...
Xatırladaq ki, Gülnara Kərimova 3 il əvvəl atasının gözündən düşüb, ev dustağı edilib. Atası öləndən sonra isə onun dəlixanaya salındığı haqda xəbərlər yayılmışdı. Gülnara atasının dəfn mərasimində iştirak etməyib və Özbəkistan hakimiyyəti onun harada olduğu haqda məlumat verməyib.
Gülnara Kərimova tərəfindən yazıldığı güman edilən və internetdə yayılan məktubun tam mətninin tərcüməsini təqdim edirik:
...Cəhənnəmin doqquz dövrəsi üç ildən çoxdur davam edir...Uzundur? Sonsuzadək uzundur...Hər tərəfdən dərd yağır...Ağrı içimdə dolub-daşır, məni boğur...daim boğur...Sanki məni büsbütün siliblər, güclə nəfəs alıram...deməli formal olaraq sağam...Xoş günə inanmaqdan, onun üçün dua etməkdən və onun gəlmədiyini görəndən sonra yaşanan məyusluğu heç nə ilə ifadə etmək mümkün deyil...Heç üfüqdə də görünmür. Hər yerdə eyni şeydir...Yenidən gecə və yenidən kədər, qüssə...Skamyada alışıb yanıram...Mən onunla doğmalaşmışam artıq, hərdən skamyaya demək istəyirəm: “Mənim rəfiqəm, gəl mənimlə o qaranlıq evə gedək, tək qorxuram”. Rəfiqəm kədərlə susur...sanki canlıymış kimi başa salır ki, sabah mən yenə onu həmin yerdə görəcəyəm...Yenə səhər açılır, yenə acı, yenə ağrı...Günəş yoxdur...Tənhayam...Bütün düşüncələrim tək bir şey haqdadır...Qızım necədir? Bu gün nə edib? Ağlayırmı? Dözülməzdir...Hər şeyin sonu var, ancaq sondan o yanda üzücü son var, ondan o yana yenə son, yenə son...Ölümdən getdikcə daha çox qorxuram...Mənim balalarım, mən bu dünyada olmayanda həyatdan zövq alın. Xahiş edirəm məni kədərlə və ya məyusluqla xatırlamayın. Gülümsəyin J Birlikdə yaşadığımız günlər xoşbəxtliyimiz idi...Xatırlayanda...Bu günlər üçün yaşamağa və təslim olmamağa dəyər!
Hər şey keçib gedəcək, bu da hökmən keçəcək. Təslim olma, döz...Öz-özümə durmadan təkrar edirəm. Bu ifadələr özümü sakitləşdirmək üçün dərmana çevrilib...Ancaq indi o da kömək eləmir...Ancaq inam qalıb...Tez-tez, gücüm, qüvvəm tükənəndə Allahla danışıram...yalvarıram və soruşuram: “Bütün bu şər nə vaxt bitəcək?”
Elə məqam yaranır ki, insan özünü risklərin və qorxunun üstündən adlamağa məcbur edir, deyəsən mən də buna görə yazmağı qərara aldım...
Həmin skamyada oturub yazıram və eyni vaxtda düşünürəm...Düşüncələr axınının ardı-arası yoxdur...ağlım dumanlanır...
Nəyə görə əzab çəkirəm və qanımı axıdıram? Cavab o qaranlıqdadır, orada da qaranlıq var, arxasında daha da qaranlıqdır...dəhşətli qaranlıq...onun arxasınca isə daha bir...sonsuz qaranlıq...Mən artıq qana öyrəşmişəm...Venamı kəsməyim gəlir...
Yeni oğul?
“Yaşlılar rəqəmləri çox sevir”. Günlərin birində Antuan de Sent-Ekzüperi demişdi. Atamın sevimli kitabıdır. Mənim Atamın qondarma “oğluna” sakitləşmək üçün nə qədər bank rəqəmi lazımdır? Atam heç vaxt deməmişdi ki, onun iki oğlu var. Yeni oğlunun adı Şövkətdir???Bəs onda o niyə Miromonoviçdir?! Oğul Konstitusiyanın üstündən sakitcə adladı və Atamın vəsiyyətinə tüpürdü? Özbəkistanın Beriyası oğul qismində doğuldu? Qanunauyğunluqdur?! Belə olacaq ki, oğul ataya görə cavabdehlik daşımayacaq, dəqiqdir ki, o artıq cavabdeh deyil.
Tacın keşikçisi...
Axsaq qalibiyyətli sonluğa qədər gözlədi. O, xoşbəxtlikdən cavanlaşdı...Bundan sonra o, gözdən düşmüş, qovulmuş düşmənlərlə danışanda pəncərənin ştorlarını bağlamayacaq...Bütün düşmənlər bir ailəyə çevrilib. Səlim çay süzür...Şarif bal qoyur...Nothing personal, its just business!
Anam? Ümid edirəm ana.
Heç vaxt düşünməzdim ki, qəddarlıq Atamla vidalaşmağa qadağa qoymağa möhür vura bilər. Heç vaxt yatsam yuxuma da girməzdi ki, öz qızını bağlı qapılar arxasında saxlayar və Atası ilə vidalaşmağa qoymaz, bu da əziz adamlar üçün məmuniyyət vasitəsinə çevrilər. Qışqırmağım gəlir? Ancaq niyə?...Kim eşidəcək axı?...Yenə xalq düşməni elan edəcəklər. Sümüklərimi doğrayacaqlar? Tədricən öldürəcəklər?...Hara tədricən...Hara?! Cavab yoxdur, deyəsən heç olmayacaq da. Heç olmayıb da? Beynimdə suallar fırlanır. Hər dəqiqə...Səhv elədim? Nə qədər? Cəzalandırma? Bizim heç birimiz günahsız deyilik...Çoxdan peşiman olmuşam, bağışlanmağı xahiş etdim...yalvardım...yenə yalvardım...Yalvarırsan, o tərəfdə isə sanki tennis raketkası kimi vurub geri qaytarırlar, xahiş əzik-üzük olub geri qayıdır...
Bağışla anam...mən artıq dözə bilmirəm...İmanı qaytar...
P.S. İman Gülnara Kərimovanın qızıdır, onu ev dustağı edəndə qızın 15 yaşı vardı. Gülnara bir müddət qızı ilə birlikdə ev dusağı olub, sonra belə görünür ki, qızını ondan ayırıblar...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024