İsrail mümkün ABŞ-İran razılaşmasına niyə ehtiyatla yanaşır?
Tarix: 17-06-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın vitse-prezidenti JD Vance bildirib ki, Vaşinqton və Tehran arasında müzakirə olunan mümkün razılaşma təkcə iki ölkəni deyil, həm də İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edən daha geniş regional təhlükəsizlik çərçivəsini nəzərdə tutur.
Onun sözlərinə görə, söhbət adi siyasi sənəddən deyil, Yaxın Şərqdə sabitliyin təmin olunmasına yönəlmiş regional sülh modelindən gedir. Lakin ekspertlər hesab edirlər ki, belə bir razılaşmanın uğuru təkcə ABŞ və İranın mövqeyindən deyil, həm də İsrailin yanaşmasından asılı olacaq.
Siyasi şərhçi Aydın Quliyev bildirib ki, hazırda müzakirə olunan memorandumun bəzi müddəaları Təl-Əvivin maraqları ilə üst-üstə düşmür. Onun fikrincə, xüsusilə Livanla bağlı məsələlər İsrail tərəfinin əsas narahatlıq mənbəyidir.
Ekspert qeyd edir ki, İsrail rəhbərliyi dəfələrlə Cənubi Livan, Qəzza və Suriyadakı mövqelərindən geri çəkilmək niyyətində olmadığını bəyan edib. Bu isə Livanda fəaliyyət göstərən və İranın müttəfiqi hesab olunan Hizbullahla bağlı məsələlərin həllini daha mürəkkəb edir.
Analitiklərin fikrincə, əgər İsrail qüvvələri Cənubi Livanda qalmağa davam edərsə, bu, bölgədə gərginliyin tam aradan qalxmasına mane ola bilər. Belə vəziyyətdə İranın və ona yaxın qüvvələrin razılaşmanın bütün şərtlərini qəbul etməsi çətin görünür.
Ekspertlər hesab edirlər ki, hazırda əsas suallardan biri İsrailin mümkün sülh mexanizminə hansı həddə qədər dəstək verəcəyidir. Çünki regionda davamlı sabitliyin təmin olunması üçün bütün əsas tərəflərin razılığı vacib hesab olunur.
Aydın Quliyevin sözlərinə görə, ilkin mərhələdə nəzərdə tutulan 60 günlük atəşkəs və sabitlik planının uzunmüddətli nəticə verməsi üçün tərəflərin öhdəliklərə tam əməl etməsi tələb olunur. Əks halda razılaşmanın dayanıqlılığı risk altına düşə bilər.
Müşahidəçilər qeyd edirlər ki, ABŞ-İran dialoqunda müəyyən irəliləyiş əldə olunsa da, Yaxın Şərqdə qalıcı sülhün formalaşması üçün qarşıda hələ çoxsaylı siyasi və təhlükəsizlik məsələlərinin həlli qalır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2026
15:07 "Anam çox mehribandır"