Mobil versiya
Deputat suyu açıq qoyanların cəzalandırılmasını təklif edib
Tarix: 28-02-2024 | Saat: 11:13
Bölmə:Karusel / Ölkə | çapa göndər

Deputat suyu açıq qoyanların cəzalandırılmasını təklif edib

“Suyun istifadəsi ilə əlaqədar qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Fəzail Ağamalı deyib

“Biz bu gün müşahidə edirik ki, vətəndaşlar sudan səmərəli istifadə etmir. Belə ki, insanlar su krantlarını açıq qoyurlar. Buna görə də bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayan vətəndaşlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Ona görə də Cinayət və İnzibati Xətalar Məcəlləsinə xüsusi maddələr əlavə edilməlidir”,- deyə deputat qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024