Mobil versiya
8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlandı - Vəkillər Kollegiyası
Tarix: 27-02-2024 | Saat: 13:09
Bölmə:Gündəm | çapa göndər

8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlandı -

Vəkillər Kollegiyasında keçirilən İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə işlərə baxılıb.

Bu barədə aia.az-a kollegiyadan məlumat verilib.

Bildirilib ki, cari ilin fevral ayının 23-də Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda 21 müraciət əsasında (onlardan 3 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025