Ana Sayfa > Gündəm > 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlandı -
8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntu aşkarlandı -27-02-2024, 13:09. Yazar: sevinc1 |
Vəkillər Kollegiyasında keçirilən İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə işlərə baxılıb. Bu barədə aia.az-a kollegiyadan məlumat verilib. Bildirilib ki, cari ilin fevral ayının 23-də Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib. İclasda 21 müraciət əsasında (onlardan 3 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub. Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub. AİA.AZ Geri dön |