Mobil versiya
Xocalı Soyqırımı Memorialı bu ərazidə yaradılacaq
Tarix: 26-02-2024 | Saat: 17:50
Bölmə:Ölkə | çapa göndər

Xocalı Soyqırımı Memorialı bu ərazidə yaradılacaq


Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Аnar Ələkbərov dövlət başçısı İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.

Bildirilib ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024