Mobil versiya
Qol güləşi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin çempionatı keçirilib - VİDEO
Tarix: 24-02-2024 | Saat: 19:53
Bölmə:Manşet / Ölkə / Özəl / İdman | çapa göndər

Qol güləşi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin çempionatı keçirilib

23 fevral 2024-cü il tarixində güc çoxnövçülüyü üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin çempionatı keçirilib. Yarışların proqramına qol güləşi idman növü də daxil olub. Tədbirdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, polis polkovnik-leytenantı Mövlud Mirəliyev, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, digər rəhbər vəzifəli şəxslər iştirak ediblər.

Yarışdan öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında İdman Cəmiyyətinin sədr müavini, polis polkovnik-leytenantı Zaur Məcidov və Cəsarət Əhmədov çıxış ediblər.

Ölkənin bütün regionlarını, eləcə də Daxili İşlər Nazirliyinin bir çox idarə və struktur bölmələrini təmsil edən 70 nəfərə yaxın polis əməkdaşının iştirak edtdiyi yarış gərgin mübarizə şəraitində davam edib. Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024