Mobil versiya
Lider müsəlman dövlətlərini İsraillə əlaqələri kəsmədiklərinə görə tənqid edir
Tarix: 22-02-2024 | Saat: 13:40
Bölmə:Özəl | çapa göndər

Lider müsəlman dövlətlərini İsraillə əlaqələri kəsmədiklərinə görə tənqid edir

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei müsəlman dövlət başçılarını işğalçı İsrail rejimi ilə əlaqələrini kəsmədiklərinə görə qınayıb.

Rəhbər cümə axşamı Tehranda keçirilən 40-cı Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşündə müsəlman ölkələrini İsrailə qarşı öz etirazlarını açıq şəkildə bildirməyə, rejimlə əlaqələri kəsməyə və ona dəstəyi kəsməyə çağırıb.

O, həmçinin müsəlman ölkələrindəki insanları Qəzzada daha güclü addımlar atmaq üçün hökumətlərinə təzyiq göstərməyə çağırıb.

Həzrət Ayətullah Xamenei fələstinlilərin Qəzza zolağındakı acınacaqlı vəziyyətini bu gün müsəlman dünyasının ən mühüm problemi adlandıraraq, əlavə edib: “Əlbəttə, müsəlman dünyası Qəzzaya ağlayır.

Rəhbər Fələstin və Qəzzada müqavimət qüvvələrinin Qurani-Kərimə uyğun hərəkət etdiyini və düşmənə qarşı durduğunu vurğulayaraq, müsəlman ölkələri və onların rəhbərlərinin Qəzzə vəziyyəti ilə bağlı Quran təlimlərini həyata keçirib-keçirməmələri ilə maraqlanıb.

Həzrət Ayətullah Xamenei Fələstin xalqının Allahın köməyi ilə qələbə qazanacağını bildirərək, qeyd edib ki, müsəlman dünyası Allahın lütfü ilə “sionist xərçəng şişinin” məhv edilməsinin şahidi olacaq.

(Yenilənəcək..)

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024