Mobil versiya
Azərbaycanın 4 rayonunda qanunsuz ağac kəsimi – 40 min manatdan çox ziyan vuruldu
Tarix: 23-10-2026 | Saat: 21:02
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın 4 rayonunda qanunsuz ağac kəsimi – 40 min manatdan çox ziyan vuruldu




Azərbaycanda yaşıllıqların qanunsuz məhv edilməsi ilə bağlı yeni faktlar aşkarlanıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, son bir həftə ərzində Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında aparılan yoxlamalar zamanı ağacların qanunsuz kəsildiyi müəyyən olunub.

Araşdırmalar Qəbələnin Kiçik Əmili və Zalam, Şamaxının Mərzəndiyə, Xaçmazın Ağtala kəndlərində, həmçinin Lerikin Bobla kəndi yaxınlığında aparılıb.

Hesablamalara əsasən, qanunsuz ağac kəsimi nəticəsində təbiətə ümumilikdə 40 529 manat ziyan dəyib.

Qurumdan bildirilib ki, aşkar edilən hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026