Mobil versiya
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
Tarix: 23-10-2026 | Saat: 16:05
Bölmə:Siyasət | çapa göndər

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər edib.

aia.az xəbər verir ki, bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Serbiyanın Respublika Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviçin dəvəti ilə baş tutan səfərin məqsədi oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdir.

Səfər çərçivəsində Məzahir Pənahovun serbiyalı həmkarı Vladimir Dimitriyeviç, digər rəsmi şəxslər, eləcə də seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərin təşkili və keçirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Proqrama uyğun olaraq, MSK nümayəndələri Belqradda seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, seçki günü isə məntəqələrdə səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026