Mobil versiya
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi
Tarix: 23-10-2026 | Saat: 16:52
Bölmə:Gündəm | çapa göndər

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaş qəbulu keçirib.

aia.az xəbər verir ki, əvvəlcə nazir Ümummilli Lider Heydər Əliyevin Qax şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qax, Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026