Mobil versiya
Şəhid Nağıyev Elfaq Azad oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib -Fotolar
Tarix: 23-10-2026 | Saat: 16:17
Bölmə:Özəl | çapa göndər

Şəhid Nağıyev Elfaq Azad oğlunun ildönümü münasibətilə  məzarı  ziyarət edilib

aia.az xəbər verir ki, 23.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz RF-nın baş mütəxəssisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Parakənd kənd sakini Nağıyev Elfaq Azad oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026