Mobil versiya
7 fevral Prezident seçkiləri Azərbaycan vətəndaşının öz Vətəninə və dövlətinə olan sonsuz sevgisinin ən bariz nümayişi oldu
Tarix: 20-02-2024 | Saat: 10:04
Bölmə:Gündəm | çapa göndər

7 fevral Prezident seçkiləri Azərbaycan vətəndaşının öz Vətəninə və dövlətinə olan sonsuz sevgisinin ən bariz nümayişi oldu

Azərbaycan xalqının 2003-cü ildə olduğu kimi, bu il də müdrik seçim edərək öz səsini Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi bütün vədlərə əməl edərək ölkəmizə möhtəşəm tarixi Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Müzəffər Sərkərdə İlham Heydər oğlu Əliyevə verəcəyi heç kimdə şübhə doğurmurdu. Həqiqətən də son 20 ildə möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın imza atdığı tarixi nailiyyətlər möhtəşəm olmuşdur. Xüsusilə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq təmin olunması, məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması bunun bariz nümunələrindəndir. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında gedən proseslərə müdaxilə etmək imkanı olan söz sahibidir. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu və önəmi getdikcə artan Azərbaycan hazırda dünya miqyasında ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır və qəbul edilir. Dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq gündən-günə zənginləşən Azərbaycanda xüsusilə son illər elm, təhsil, mədəniyyət, idman, səhiyyə, biznes və digər sahələrdə böyük uğurlar əldə edilmiş, ölkədə məşğulluğun səviyyəsi ildən-ilə artmış, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu nailiyyətlər – ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, əldə edilən uğurlar, sosial-iqtisadi sahənin inkişafı, insanlarımızın sərbəst, rahat yaşaması və əmək fəaliyyəti ilə məşğul olması bütün Azərbaycanın milli sərvətidir.
Qarabağ münaqişəsinin həlli bütün Cənubi Qafqazın təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda ölkəmiz işğaldan azad edilmiş bütün ərazilərdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Füzuli Beynəlxalq Hava Limanı və Zəngilan Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. 2025-ci ildə isə, Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu tezliklə istifadəyə veriləcək. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Lakin tarixi Qələbə nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaz regionuna sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşmişdir. Əlbəttə ki, bu istiqamətdə Azərbaycanın öz zəfər yoluna davam etməsi birbaşa ölkəmizdə bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək mükəmməlformaya gətirilmiş siyasi strategiyanın həyata keçirilməsinə bağlıdır. Yalnız bu halda Azərbaycan getdikcə daha güclü və zəngin ölkəyə çevriləcək, xalqımız daha yüksək rifah içərisində yaşayacaq. Məhz buna görə də 7 fevral seçkilərində Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirərək arxasınca inamla gedə biləcəyi yeganə Lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Bu tarixi seçim Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin bütün ərazisində keçirilmiş ilk seçkilərin əhəmiyyətini birə-yüz artırdı və ölkəmizin bundan sonrakı inkişafının sarsılmaz təməlini qoydu.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, seçkilərdə iştirak edən cənab Prezident İlham Əliyev məhz Xankəndi şəhərində səs verməklə təkcə ermənilərə deyil, həm də bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə növbəti xəbərdarlıq mesajını göndərmiş oldu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində söylədiyi nitqində möhtərəm dövlət başçımızın özünün də dediyi kimi, cənab Prezident İlham əliyevin seçki qutusuna atdığı bülleten erməni separatizminin tabutuna vurulmuş son mismar oldu. Azərbaycan üçün isə, indi yeni dövr başlayır. Etiraf olunmalıdır ki, məhz möhtərəm dövlət başçımızın müdrik rəhbərliyi sayəsində Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. İnanırıq ki, bu dövrdə bizi daha böyük nailiyyətlər, daha parlaq qələbələr gözləyir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025