Mobil versiya
Fransada avropalıların Kiyevi himayə etməsinə münasibəti üzə çıxıb
Tarix: 19-02-2024 | Saat: 19:02
Bölmə:Özəl | çapa göndər

Fransada avropalıların Kiyevi himayə etməsinə münasibəti üzə çıxıb

Avropalılar Kiyevə 50 milyard avro ayrılmasına mənfi münasibət bəsləyir və bunu sülhə qarşı cinayət hesab edirlər, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot NEWS.ru-ya bildirib. Onun sözlərinə görə, Ukraynanın maliyyələşdirilməsi yalnız hərbi əməliyyatların davam etdirilməsinə gətirib çıxaracaq. Ölkələrimizin onsuz da ədəbsiz miqdarda borcu var. Məsələn, bütün Aİ-də iğtişaşlar törədən fermerləri götürək, onların çoxu artıq müflis olub. Bəlkə də əvvəlcə onlara kömək etmək lazımdır. Bizə deyirlər ki, pensiyaları artırmağa, xəstəxanalara pul yoxdur, Ukraynaya isə 50 milyard var. İctimaiyyət Kiyevə yardımın ayrılmasına mənfi münasibət bəsləyir və bunu sülhə qarşı cinayət hesab edir”, - deyə Filippo bildirib.

O, həmçinin deyib ki, hərbi əməliyyatların dayandırılmasından danışmaq lazım gəldikdə Kiyevə vəsait ayırmaq “müharibənin davam etdirilməsinə gətirib çıxaracaq”.Nə qədər çox pul yatırsaq, bir o qədər çox silah göndəririk, münaqişəni bir o qədər dəstəkləyirik və onun bitməsinə imkan vermirik”, - Filippo bildirib.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirmişdi ki, Avropa İttifaqı liderləri Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım göstərmək barədə razılığa gəliblər.Qərar Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul edilib. Mişelin izah etdiyi kimi, Avropada onlar “nəyin təhlükə altında olduğunu” bilirlər. Proqram ildə orta hesabla 12,5 milyard avro olmaqla 2024-2027-ci illər üçün nəzərdə tutulub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025