Mobil versiya
Qəzzada İsrailin mühasirəsi altında olan Nasser Xəstəxanasından 14 xəstə təxliyə edilib
Tarix: 19-02-2024 | Saat: 09:59
Bölmə:Özəl | çapa göndər

Qəzzada İsrailin mühasirəsi altında olan Nasser Xəstəxanasından 14 xəstə təxliyə edilib

Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində İsrail ordusu tərəfindən mühasirəyə alınan Nasser xəstəxanasından 14 xəstənin təxliyyə edildiyi bildirilib.Açıqlamada İsrailin xəstəxananı hərbi kazarmaya çevirən, elektrik enerjisini kəsən, oksigen cihazının işləməsinə mane olan bütün xəstələri təxliyə etmək üçün İsrailə təzyiqlərini davam etdirdiyi bildirilib.

Nazirlikdən verilən əvvəlki açıqlamada 70 tibb işçisinin saxlandığı xəstəxanada 150 xəstənin müalicə olunmadığı və İsrailin bu xəstələrin başqa xəstəxanalara köçürülməsinə icazə vermədiyi vurğulanmışdı.

Qəzzada Səhiyyə Nazirliyi daha əvvəl Nasser Xəstəxanasının reanimasiya şöbəsində generatorun dayanması və oksigen cihazının işləməməsi səbəbindən həyatını itirən xəstələrin sayının 8-ə yüksəldiyini açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025