Azərbaycan klublarında oynayan ən bahalı futbolçular
Tarix: 05-10-2016 | Saat: 12:13
Bölmə:İdman | çapa göndər
Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçuların transfer qiymətində artım olub.
Ölkə çempionatının ən bahalı futbolçusu “Qarabağ”da çıxış edən Riçard Almeydadır.
Braziliyalı yarımmüdafiəçinin transfer qiyməti 1,5 milyon avro olaraq qiymətləndirilib. Onun komanda yoldaşı braziliyalı Reynaldo 1,2 milyon avro ilə ikinci, ispaniyalı Dani Kintana isə 1 milyon avro ilə üçüncüdür.
Almeydanın qiymətində 300 min avro, digər iki futbolçunun transfer qiymətində isə 200 min avro artım olub. “Qarabağ”ın digər üzvü Miçelin transfer qiyməti isə 100 min avro düşüb və 900 min avro olub. Müdafiəçilər Bədavi Hüseynov və Maksim Medvedevin də transfer qiymətində artım müşahidə olunub. Qiyməti 250 min avro artan Hüseynov 700 min avro, 150 min avro artan Medvedev isə 500 min avro dəyərində qiymətləndirilib. Əfran İsmayılovun qiyməti 50 min avro artırılaraq 350 min avro göstərilib.
“Qəbələ”nin yay transfer pəncərəsində heyətinə qatdığı Teo Uiksin transfer qiyməti 150 min avro artaraq 750 min avroya çatıb. Voislav Stankoviçə 700 min avro (100 min avro artım), Nika Kvekveskiriyə isə 650 min avro (250 min avro artım) qiymət qoyulub.
Həmçinin Baqali Dabonun da qiymətində artım nəzərə çarpır. Hücumçunun transfer qiyməti 150 min avro artaraq 450 min avro civarında dəyərləndirilib. Dəyəri düşən futbolçular sırasına 900 min avro ilə Vitali Vernidub, 650 min avro ilə Dmitri Bezotosnı və 450 min avro ilə Rikardinyo daxildir.
Məşhur sayt “Neftçi”nin futbolçusu Araz Abdullayevin də dəyərinin artdığını bildirib. Qiyməti 100 min avro artan Abdullayevin transfer xərci 500 min avrodur. Paytaxt klubunun makedoniyalı üzvü Vançe Şikovun qiyməti 200 min avro azalaraq 550 min avro olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2024
13:35 8 noyabr Zəfər günüdür
07-11-2024