Qalib Xalq Qalib Liderini seçdi!
Tarix: 09-02-2024 | Saat: 16:07
Bölmə:Özəl | çapa göndər
Azərbaycan xalqı səsini Zəfərə verdi. Öz tarixi ərzində böyük naliyyətə imza atan, təkcə Ermənistanla yox, onun havadarları ilə mübarizədə yüksək əzmkarlıq, millət iradəsi göstərərək tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan xalqı yenə də müdrik qərar verdi. Bu Zəfəri əldə edən, xalqın önündə gedərək onu ümummilli arzusuna qovuşduran, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq qələbəsini qazanan Liderinin yanında durdu. Qalib xalq öz səsini Qalib liderə verdi. Xalq prezident seçkilərində İlham Əliyevə səs verməklə əslində bizim həyatımızın, gələcəyə olan baxışlarımızın, hədəflərimizin müəllifinİ, Azərbaycanın qurucu Prezidentini dəstəklədi.
Qalib Azərbaycan daha bir seçki kampaniyasını uğurla başa vurdu. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsi ilə növbəti dəfə milyonların sevgisini, etimadını qazanan Lider olduğunu təsdiqlədi. Bu seçkilər yeni dövrün başlanğıcı olmaqla yanaşı, 20 illik yolun uğurlarının təhilili və onların fonunda gələcəyə baxışın müəyyənləşdirilməsi üçün bir çağırışdır.
Son 20 ilin tarixi göz qabağındadır. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, özünü həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində təsdiqləyir. Təbii ki, bu uğurlara nail olmaq üçün böyük səylər, qətiyyət göstərildi. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması onun həm iqtisadi əlaqələrinin möhkəmlənməsində, həm də xarici siyasət sahəsində davamlı uğurlarında öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan heç bir sosial, iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Təbii ki, hər bir dövlət investisiya yatırdığı ölkədədə ilk olaraq demokratik inkişafa, sabitliyin və qanunun aliliyinin hansı səviyyədə qorunmasına diqqət yetirir. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması, həmçinin zəngin iqtisadi potensialı böyük investisiyalar məkanına çevrilməsində əhəmiyyətli rol oynayır. Son 20 ilin sosial-iqtisadi uğurlarına diqqət yetirək.
2003-cü ildə keçirilən prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixli prezident seçkilərində 92, 05 faiz səs toplayaraq qələbəsini təmin etməklə xalqın yekdil inamını, etimadını qazandı. 20 ildə artan inam qazanılan səslərdən də aydın görünür. Cənab İlham Əliyev 2003-cü il 31 oktyabr tarixində andiçmə mərasimində bu vədini vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Prezident İlham Əliyev bu müraciətindən 17 il sonra 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə verdiyi vədi reallığa çevirdi. 44 günün hər gününü tarixinə zəfər səhifəsi kimi yazan Azərbaycan hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.
Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi: «Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik.»
Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabar tarixində həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə -15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.
Qazanılan hər bir uğur cənab İlham Əliyevin xalqına verdiyi vədlərin reallıqda öz əksini tapması, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində inamının, etimadının doğruldulması idi. Çünki Ulu Öndər Heydər Əliyev həmin müraciətində bildirmişdi ki, ağıra çatıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə başa çatdıracaq. Cənab İlham Əliyevə özü qədər inanır və gələcəyinə böyük etimad göstərir.
Məhz buna görədir ki, 2020-ci il noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»
Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da unudulmasın. Yalnız bu halda münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından ürəklə danışmaq mümkün olar. 44 günlük müharibənin işıq saldığı əsas məqamlardan biri məhz beynəlxalq hüququn qorunması üçün qəbul edilən qərar və qətnamələrin lazım gəldikdə bir saat ərzində icrası, maraqlara uyğun olmadıqda isə 30 il tətbiqini gözləməsi oldu. Amma Azərbaycan yaratdığı yeni reallıqlarla, beynəlxalq hüquq normalarını tətbiq etməklə bir daha dünyaya bu günədək hökm sürən yanaşmanın yanlışlığını göstərdi.
Hazırda qürurverici hadisələrdən biri bu gün nəinki paytaxt Bakının, həmçinin işğaldan azad edilmiş ərazilərimizin, Şuşamızın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olmasıdır. Azərbaycan ev sahibliyi etdiyi tədbirlərlə hansı imkanlara malik olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, ölkəmiz bu ilin dekabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu, Azərbaycana göstərilən böyük etimadın təqdimatıdır. Bu barədə qərar ötən ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında qəbul olundu. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi ölkəmizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi ondan ibarətdir ki, qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.
Azərbaycan dörd il 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik etdi. 120 ölkənin yekdil qərarı ilə bu mühüm addım atılmışdır. Ölkəmizin quruma sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi Zəfərimizin yaratdığı reallıqların qəbul etdirilməsi istiqamətində addımların atıldığı dövrə təsadüf edir. Ölkəmizin koranavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təşəbbüsləri ilk andan beynəlxalq dəstək qazandı. Qlobal problemə qarşı birgə addımların atılması bir zərurət kimi qarşıya qoyuldu. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının ardınca Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Azərbaycan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda 80-dan artıq ölkəyə maddi və humanitar yardım göstərdi. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə quruma üzv dövlətlərin adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bərabər , məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamə qəbul edildi. Bütün bunlar Azərbaycanın yürütdüyü siyasətə, irəli sürdüyü təşəbbüslərə dəstəyin göstəricisidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, cənab İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Xalqımız bu hədəflərə qalib Liderlə birgə addımlamaq istəyini 7 fevral prezident seçkilərində təsdiqlədi. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər