Gənclər məsələsi dövlət siyasətinin prioritet istiqamətidir
Tarix: 30-01-2024 | Saat: 22:21
Bölmə:Siyasət / Özəl | çapa göndər
İstənilən bir xalqın və ölkənin gələcəyi mütləq şəkildə gəncliyə bağlıdır. Bu gəncliyin necə yetişib formalaşacağı həmin gələcəyin necə olacağını birbaşa müəyyən edir. Məhz buna görə də xalqın və ölkənin gələcəyinin etibar oluna biləcəyi gəncliyin formalaşdırılması hər bir dövlətin əsas missiyasıdır. İstənilən halda hər bir cəmiyyətin aparıcı qüvvəsi yenə də gənclikdir. Əgər bu qüvvənin malik olduğu potensial sağlam ruhla, elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırılarsa, bu zaman qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilər.
Təsadüfi deyil ki, gənclərə hər zaman böyük önəm verən, gəncləri Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev böyüməkdə olan gənc nəslə qayğını daim önə çəkirdi. Ümummilli Lider gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri kimi diqqət mərkəzində saxlayıb. Hələ 1969-1982-ci illərdə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci tarixi dövrdə Azərbaycanda yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Ümummilli Liderimizin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Bütün bunlar Ulu Öndərin gənclərə verdiyi qiymətin göstəricisidir.
Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından dərhal sonra gənc nəslə diqqət yenidən dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. İlk növbədə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Bu gün gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” - Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri cənab Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək effektivliklə davam etdirilən inkişaf strategiyası nəticəsində bu gün ölkəmiz yeni tərəqqi dövrünə qədəm qoyub. Təbii ki, gənclər məsələsi yenə də dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2007-ci ilin Azərbaycanda gənclər ili elan edilməsi çox mühüm tarixi hadisə olmuşdu. Möhtərəm Prezidentimizin imzaladığı bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını növbəti dəfə əyani şəkildə sübuta yetirdi. Hazırda cəmiyyətimizin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu, hər şeydən əvvəl dövlətin gənc nəslə göstərdiyi etimadın bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir.
Əlbəttə ki, Azərbaycan gəncliyinin II Qarabağ savaşında tarixi Zəfərin əldə olunmasında rolu hər zaman xüsusi qeyd olunmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz gəncliyin fədakarlığı və şücaəti sayəsində əldə olunan bu Şanlı Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutaraq, gəncliyin və bütün xalqın əvəzsiz lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin əbədi yaşaması və xalqın rifahının daimi yüksəlişi uğrunda mübarizənin önündə gedir və gənclər bu yolda hər zaman yeni qəhrəmanlıqlara və fədakarlıqlara hazırdırlar.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024