Mobil versiya
ABŞ-ın milli borcu üzrə iqtisadçı: borc spiralı ölüm spiralına bənzəyir
Tarix: 30-01-2024 | Saat: 20:17
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın milli borcu üzrə iqtisadçı: borc spiralı ölüm spiralına bənzəyir

İqtisadçı və treyder, “Qara Qu quşu” kitabının müəllifi Nassim Taleb xəbərdarlıq edib ki, artan borc yükü ABŞ-ı fəlakətə sürükləyə bilər. Bu barədə RBC portalı yazır.Taleb qeyd edib ki, ABŞ-ın büdcə kəsiri elə sürətlə böyüyür ki, “zərərin aradan qaldırılması üçün möcüzə” lazımdır.

“Konqres borc limitini genişləndirməyə və sövdələşmələrə davam etdikcə, nəhayət sizdə (ABŞ) borc spiralı olacaq. Borc spiralı isə ölüm spiralı kimidir”, - analitik qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 34 trilyon dolları keçib. ABŞ Xəzinədarlığı qeyd edib ki, bu rəqəm “qorxulu” görünür, lakin eyni zamanda borc “tamamilə idarə edilə bilər”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025