Lider: İran gəncləri sanksiyaları fürsətə çevirir, heyrətamiz elmi nailiyyətlər əldə edirlər
Tarix: 30-01-2024 | Saat: 18:37
Bölmə:Özəl | çapa göndər

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin müxtəlif elmi və texnoloji sahələrdə əldə etdiyi irəliləyişləri yüksək qiymətləndirərək bildirib ki, ölkə mütəxəssisləri İslam Respublikasına qarşı sanksiyalara və bədxahların düşmənçiliyinə rəğmən belə təsirli addımlar atmağa nail olublar.
Rəhbər bu sözləri çərşənbə axşamı İranın paytaxtı Tehranda bir qrup iranlı istehsalçı, sənayeçi və tanınmış iqtisadi xadimlər qarşısında çıxışı zamanı deyib.
O qeyd edib ki, xarici planlar və sanksiyalar ölkəmiz üçün zərərli və problemlər yaratsa da, iranlı gənclər bu fürsətdən istifadə edərək hərbi texnikanın inkişafında, eləcə də kosmos və peyk buraxılışı sahəsində böyük nailiyyətlər əldə ediblər.
Ayətullah Xamenei Soraya peykinin bu yaxınlarda aşağı Yer orbitinə (LEO) buraxılmasını alqışlayaraq, inkişafın İran əleyhinə sanksiyalar olmadan baş verməyəcəyini vurğulayıb.
Keçən həftə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Soraya peykini 11 dəqiqə ərzində uğurla Yerdən 750 kilometr yüksəklikdəki orbitə çıxarıb.
İran Kosmik Agentliyinin (ISA) istehsalı olan tədqiqat peyki Qaem-100 kosmik daşıyıcısı (SLV) ilə orbitə çıxarılıb. Qaem-100, SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanmış bərk yanacaqlı üç mərhələli SLV-dir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-08-2025