Mobil versiya
Vilfand Rusiyanın cənubunda təhlükəli hava şəraiti və ciddi daşqınlar elan edib
Tarix: 26-01-2024 | Saat: 19:24
Bölmə:Özəl | çapa göndər

Vilfand Rusiyanın cənubunda təhlükəli hava şəraiti və ciddi daşqınlar elan edib


Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand NEWS.ru-ya bildirib ki, həftəsonu Rusiyanın cənubunda küləyin sürəti saniyədə 22 metrə çatan çox çətin və təhlükəli hava şəraiti hökm sürəcək. Onun sözlərinə görə, Krımda qar, sulu qar və yağış şəklində güclü yağıntılar, Krasnodar diyarında isə Kubanın qollarında daşqınlar gözlənilir. Xüsusilə dağlarda çox intensiv yağıntılar Kuban qollarında və Qara dənizə axan çaylarda daşqın vəziyyətinə gətirib çıxaracaq. Bunlar Gelendjik, Soçi, Anapa bölgələridir. Xəbərdarlıq edilib ki, təhlükəli olduğu üçün çayların yaxınlığında avtomobil saxlamaq olmaz. Daşqınlar adətən yayda leysan yağışlarla baş verir, amma indi burada müşahidə olunur. Vəziyyət kifayət qədər çətin olacaq”, - Vilfand bildirib.O əlavə edib ki, həftəsonu Rusiyanın cənubunda temperatur sıfıra yaxın olacaq, gündüz cüzi artığ gözlənilir, gecə isə mənfi dəyərlərə enəcək. Çərşənbə axşamı günündən etibarən bölgədə hava şəraiti yaxşılaşacaq.

Daha əvvəl Vilfand bildirib ki, gələn həftə sonu Moskvada hava gəzinti üçün rahat olacaq ki, bu da uzunmüddətli dəyərlərə uyğundur. Onun sözlərinə görə, yanvarın 27 və 28-də havanın temperaturu gün ərzində təqribən mənfi beş dərəcəyə çatacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə