Mobil versiya
ADA-ya 696 balla qəbul olan tələbə faciəli şəkildə öldü - YENİLƏNİB
Tarix: 26-01-2024 | Saat: 13:57
Bölmə:Karusel / Ölkə | çapa göndər

ADA-ya 696 balla qəbul olan tələbə faciəli şəkildə öldü -

Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

aia.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb.

Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:24

ADA-nın tələbəsi dəm qazından boğulub.

aia.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2025