Mobil versiya
Bryansk administrasiyası şəhərdəki sirenlərin nasazlıq səbəbindən işlədiyini bildirib
Tarix: 25-01-2024 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Bryansk administrasiyası şəhərdəki sirenlərin nasazlıq səbəbindən işlədiyini bildirib

Bryanskın bəzi mikrorayonlarında xəbərdarlıq sistemi avadanlığının nasazlığı səbəbindən səhər saatlarından sirenalar işə başlayıb. Bu barədə şəhər administrasiyasının Telegram kanalında məlumat verilib.Şəhər rəhbərliyi qeyd edib ki, nasazlıq aradan qaldırılıb və panikaya səbəb yoxdur.

Bundan əvvəl Bryansk vilayətində, Jeça kəndində dron neft terminalına hücum edib. Məlum olub ki, hadisə yerindəki neft terminalı 6 aydan artıqdır ki, tamamilə sökülüb. Terminalda neft yükləmə rəfi və dörd neft anbarı var.

Yanvarın 20-də isə Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparat Belqorod vilayətinin Qrayvoronski şəhər rayonunda yerləşən Novostroyevka-Vtoraya qəsəbəsinə hücum edib. Qaz xətti zədələnib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025