Mobil versiya
Polşalı fermerlər Ukrayna mallarının ölkəyə daxil olması səbəbindən aksiya keçiriblər
Tarix: 24-01-2024 | Saat: 19:11
Bölmə:Özəl | çapa göndər

Polşalı fermerlər Ukrayna mallarının ölkəyə daxil olması səbəbindən aksiya keçiriblər

Ukraynanın kənd təsərrüfatı mallarının ölkəyə gəlməsi ilə əlaqədar Polşada fermerlər kütləvi aksiya keçiriblər. Bu barədə RMF FM radiosu məlumat yayıb.Qeyd olunur ki, fermerlər traktor və digər texnika ilə yolları bağlayıblar. Tətil ən azı 150 Polşa yaşayış məntəqəsini əhatə edib. Etirazçılar Ukraynadan və Avropa İttifaqına üzv olmayan digər ölkələrdən malların idxalına son qoyulmasını və ümumavropa “yaşıl keçid” kursu ilə bağlı yaranmış məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.Bundan əvvəl Litvanın hər yerindən fermerlər hakimiyyət orqanlarının sektordakı aktual problemlərin həllində fəaliyyət göstərməməsinə etiraz olaraq Vilnüsə 1300-ə yaxın traktor və digər kənd təsərrüfatı texnikası gətirmişdilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025