Mobil versiya
ATİAHİ Şabran rayon komitəsi yubiley tədbiri keçirib -Fotolar
Tarix: 24-01-2024 | Saat: 16:57
Bölmə:Özəl | çapa göndər

ATİAHİ Şabran rayon komitəsi yubiley tədbiri keçirib

Ölkənin inkişafı, dövlətin gücünün və beynəlxalq aləmdə nüfuzunun yüksəlişi baxımından təhsil mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu təhsil siyasəti 2003-cü ildən sonra cənab Prezident İlham Əliyev tərəfindən yüksək effektivliklə davam etdirilir. Bu siyasətin əsas istiqamətlərindən biri də təhsil sahəsində çalışan insanlara diqqət və qayğının göstərilməsi, onların mövcud problemlərinin həlli üçün müvafiq tədbirlərin görülməsi, təhsil işçilərinin rifah səviyyəsinin daim yüksəlməsi məqsədilə atılan addımlardır.

Əlbəttə ki, dövlətimizin təhsil siyasətinin uğurla həyata keçirilməsi bu sahədə fəaliyyət göstərən bütün qurum təşkilatların işini də xeyli dərəcədə stimullaşdırır. O cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) fəaliyyəti bu baxımdan xüsusilə diqqəti cəlb edir. Həmçinin Təşkilatın rayon komitələri bu istiqamətdə effektiv fəaliyyət göstərərək dövlətin təhsil siyasətinin bölgələrimizdə uğurla reallaşması işinə öz töhfələrini verirlər. Mütəmadi olaraq keçirilən müxtəlif tədbirlər, təhsil işçilərinin problemlərinin hər zaman diqqət mərkəzində saxlanması, onlara göstərilən qayğı Seymur Qədəşovun rəhbərlik etdiyi ATİAHİ Şabran rayon komitəsinin də fəaliyyətinin əsas istiqamətlərindəndir. Cari ilin yanvar ayının 24-də Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbdə ingilis dili müəllimi Rüstəmova Sevda Mirabbas qızının 65 yaş-yubileyi münasibətilə növbəti belə bir tədbir keçirilmişdir. Yubilyar hədiyyə və fəxri fərmanla təltif edilmişdir.

Biz də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şabran rayon komitəsinin əməkdaşlarına qoşularaq Sevda müəllimi təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı diləyirik!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025