İşıqlı təfəkkürün sevgi payı...
Tarix: 24-01-2024 | Saat: 12:46
Bölmə:Özəl / Təhsil | çapa göndər
Köksündə böyük ürək daşıyan, Tanrının verdiyi ömür payını millətinin xoşbəxtliyi üçün yaşayan kənd müəllimi, tanınmış alim, şair Mehman Qaraxan oğlu Əliyevin həyat yoluna nəzər salsaq yerinə düşər. Başlıcası Mehman müəllimin xalqa, Vətənə sədaqətli xidməti, saflığı, səmimiyyəti, insanlara olan məhəbbəti onu cənub bölgəsinin ən hörmətli şəxsiyyətinə çevirib. Qəlbində daim Azərbaycana sevgi yaşadan bu, sevdalı insan dünyaya gözəlik, xeyirxahlıq qatan ülvi dəyərlərə tapınmaqla ömrünün 65-ci ilini yola salır. İllərin səfində getdiyi yol çoxcəhətli və zəngindir. Elm, ədalət, səxavət, halallıq isə onun həyat simvoludur. Eləcə də nurlu, müdrik, uzaqgörən olduğuna görə gördükləri hamıya xoşbəxtlik gətirir. Fəal həyat mövqeyi, səmimi münasibəti cəmiyyətdə həmişə Mehman müəllimə şərəf qazandırır, ona öyünməyə mənəvi haqq verir. Artıq o, şəxsiyyət ucalığında tam kamilləşmiş insandır. Onun yaratdığı mənəviyyat fəlsəfəsi qaranlıqları yarıb gəldiyinə görə həyatımız üçün gərəklidir. Hər dəfə Mehman müəllimin daxili aləminin zənginliyinə baş vuranda bir daha başa düşürsən ki , dünyanın aqibət insan əlindədir, ürəyi geniş, ruhu saf, gözəl insanların yaratdığı dünyada gözəl olur. Mehman müəllim işə elə görür ki, onda parlaq insan şəxsiyyətinə bir çağırış yaşayır. Bu keyfiyyətlərinə nəzərə alan böyük alimimiz Məhərrəm Qasımlı deyir ki, Mehman Qaraxanoğlu 10 dəqiqə pis adam rolunda qala bilməz. “Məndən çox inkarçılıq mövqeyi tutan adam yoxdur. Üç gün ərzində nə qədər əlləşdim, Mehman müəllimin obrazında qaranlıq bir nöqtə tapa bilmədim. Hər obada çox yox, Mehman müəllim kimi bir insanın yaşaması bəsdir. Baxırsan və düşünürsən ki, yox, hər şeyi zamanın üstünə atmaq zəiflik əlamətidir. Bütün çətinliklərə sinə gərib paklığını, müqəddəsliyini qoruyanlar da vardır”. Bunları isə Seymur BAYCAN söyləyir.
Özü həyatda necə bulaq suyu kimi safdırsa, onun yaradıcılığı da belədir. Xoş, iliq əsərlər yazır. Burada tənqidçi- ədəbiyyatşünas Zakir Məmmədin ürək sözlərinə müraciət edək: “Mehman Qaraxanoğlu – fərdi üslubu, bənzərsiz təfəkkürü ilə hər kəsdən fərqlənir. O, insanın ruhunu azadlığa səsləyən şairdir. Onun postmodern düşüncə standartlarını ifadə edən qeyri-standart yazı üslubunda təfəkkürə də, dilə də yüklənmiş proqramlar ən mürəkkəb fikir axtarışlarını aparmağa imkan verir. Qaraxanoğlunu oxuyanda adam estetik bilgilər üzrə, incəsənət sahəsində analogiyalar aparmaq həvəsinə düşür”
Bəli, gözəl ziyalı, alovlu vətənpərvər, milləti üçün yaşayıb-yaradan humanist, kamil bir insan olan Mehman Əliyev 30 aprel 1957-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olub. Lap uşaqlıqdan qəlb dünyası yalnız yaxşı əməllərə, nəcib məqsədlərə sevdalanır. Vətəninə, xalqına layiqli övlad olmaqdan ötrü orta məktəbdə yüksək əxlaqi keyfiyyətlərə can atmaqla, oxuyub-öyrənməkdən doymur. Orta təhsilini başa vuranda el-obada hamı Mehmanın yüksək zəkasına, istedadına, vətənpərvərliyinə heyran qalır.
Saf arzu və istəklərlə gələcəyə yön alan Mehman sənədlərini 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) filologiya fakültəsinə verir. Tələbə biletini əlinə alanda sevincdən ilahi sehrdən getdiyi yola mehr, məhəbbət qonur. Şüurlu surətdə dərk edir ki, insan həyatının dəyəri yaxşı əməllərlə, Vətənə, xalqa təmənnasız xidmətlə ölçülür. Və buna nail olmağın əsas cəhətini oxuyub dərindən öyrənməkdə, eləcə özündən öndə duran ağıllı, işıqlı adamların əməllərinə könül verməkdə görür.
Biliyə hərisliyi, təhsilə marağı, fitri istedadı, dünyagörüşü tələbə Mehmanı tez də universitetinin müəllim kollektivinə, tələbələrinə sevdirə bilir. Burada mənəvi ucalıq, elmi dərinlik onun ötən günlərinə həmdəm kəsilir. Həmçinin orta məktəbdə oxuduğu zaman dərsliklər müəllifi kimi yaddaşına köçən ədəbiyyatşünas alimlərdən öyrəndikcə bir daha daxili aləmi zənginləşir, mənəvi dünyası formalaşır . Bununla bərabər orta məktəb illərində könül verdiyi yazıb-yaratmaq həvəsindən də qalmır. Vətənə, insanlığa sevgidən misra-misra boy verən şeriləri ürəklərdə özünə yurd-yuva qurur. Beləcə tələbə Mehman ədəbiyyata olan sevgisini həm də saf sözün qüdrətinə tapınmaqla sübut edir.
M. Əliyev 1979-cu ildə ali təhsilini başa vuraraq təyinatla Astara rayonu, Kakalos kənd orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlayır. Əlinə jurnal götürdüyü gündən öz peşəsindən zövq alır , həyatını gənc nəslinin təlim-tərbiyəsinə həsr etməyi ən müqəddəs iş sayır. Vətənini gələcəyini düşünməklə sevib-seçdi dil-ədəbiyyat fəninin incəliyini, saflığını dərs dediyi şagirdlərə böyük həvəslə öyrədir. Öz şagirdlərini çox sevir, həssaslığı, qayğıkeşliyi, yüksək biliyi hesabın az müddətdə onların ürəyinə yol tapa bilir. Ən başlıca məqsədi isə cəmiyyət üçün Vətənini, xalqın, dövlətini sevən vətənpərvər gənclər yetişdirmək olur. Mehman müəllim Azərbaycan dilinin şirinliyini və bu dilə ilahi bir sevgi, rəvanlıq qatan dahi söz adamların yaradıcılığını təhlil etdikcə, qəlbinə, ruhuna axanları ipə-sapa düzə-düzə özü də könülləri isindirən, insanları ülvi məhəbbətə çağıran şerlər yazır. Mənəvi zənginliyi, qələminə sədaqəti bu sahədə də özünü göstərir. Beləcə poeziyaya həvəsi pedaqoji fəailiyyətilə qoşa addımlayır. Həmçinin yaxşı müəllim, şair kimi tanınmaqla bərabər, sağlam ziyalı mövqeyi el-obada özünü göstərir.
İki ildən sonra Mehman müəllim Astara rayonu, Şiyəkəran kənd 1 saylı tam orta məktəbinə göndərilir. Yeni təhsil ocağında adəti üzrə müqəddəsliyinə tapındığı peşəsi ona nüfuz, hörmət gətirir. Sağlam gələcək naminə göstərdiyi əzmkarlıq, iradə Mehman müəllimi kollektivin, şagirdlərin gözündə ucaldır. Hər gün halallığı, düzlüyü, xeyirxahlığı həyatının mənası bilməklə sinif otaqlarına girir. İşığına üz tutanlar elmin, biliyin qanadlarında gələcəyə yol alır, düzlük, mərdlik, Vətənə bağlılıq onların həyat amalına dönür. Dünyanı, insanı daha kamil görmək istəyi ilə çalışan Mehman müəllim hər dəfə şagirdlərinin uğurlardan xəbər tutanda ürəkdən sevinir. Onun daha bir özünəməxsus xasiyyəti o olur ki, əldə etdiyi uğurla qanı olmur, daim düşünür, yaradıcı axtarışlar aparır, təlim-tədrisdə meydana çıxan ən yeni müasir texnoloji üsullar diqqətindən yayınmır. O, bir müddət məktəbdə direktor müavini olaraq Azərbaycan təhsilinə öz dəyərli töhfələrini verir. Arada Mehman müəlliminin nüfuzunu, qabiliyyətini nəzərə alıb Astara Rayon İcra Hakimiyyəti aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsində referent vəzifəsini ona tapşırırlar. Gördükləri ilə xalqı üçün gözəl mənəvi sərvətlər qoyur, örnək olası adamların sırasında özünə xüsusi yer edir. Sonra orta təhsil aldığı, doğma Şiyəkəran kənd 1 saylı tam orta məktəbinə direktor kimi qayıdır. Öz peşəsinə ürəkdən bağlılığı, zəngin biliyi, yüksək insani keyfiyyətləri hesabına vəzifə borcunu layiqıncə yerinə yetirir. Dahi şəxsiyyət, Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin fəxrlə dediyi: “ Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikri onun yaxşı fəaliyyətinə sanki stimul verir. Ən əsası məktəbdə təhsil alan uşaqlar savadlı olur, millilik, vətənpərvərlik ruhda böyüyürlər. Məktəbi bitirənlərin əksəriyyəti ali təhsil alıb Vətənin tərəqqisinə çalışırlar. Nəticədə Mehman müəllimin rəhbərliyi altında təhsil ocağının qazandığı uğurlar rayonda nümunə, örnək sayılır.
İllərin səfində əsl ziyalı kimi tanınan, ədəb-ərkanı, ləyaqəti ilə hörmət qazanan, gözünün nurunu, ürəyinin hərarətini Vətən övladlarına sərf etməyi özünə borc bilən Mehman Əliyev yenidən dünyanın ən müqəddəs peşəsi saydığı müəllimliyə başlayır. 2006-2019-cu illərdə Şiyəkəran məktəbində Azərbaycan dili və ədəbiyyatı şagirdlərə sevə-sevə öyrətdiyi üçün müəllim ucalığına şərəf qatır. Həmçinin xeyirxah, ali hisslərlə yaşayan nəcib, vətənpərvər, yurda bağlı, parlaq zəkalı, sevdalı ürəyi olan insanın yaradıcılığı da günü-gündən çiçəklənir. Təpədən-dırnağa söz sərrafının qələmə aldığı hər şerindəki bədii güc, poetik cazibə oxucunu ovsunlayır, düşündürür. Həvəslə oxunur, ürəyindən, duyğusundan süzülən yeni şeirləri ara vermir. Halallıqdan yaranan misralarında Vətənə, millətə, insanlığa ilahi bir sevgi duyulur.
Müəllim, söz adamı Mehmanın orijinal yazı üslubu, özünəməxsus yaradıcılığı Azərbaycan ədəbiyyatına hər dəfə maraqlı mövzular gətirir. Ədəbiyyatımızın solmayan səhifələrini yazanlardan olur kənd müəllimi. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 iyul 2013-cü il tarixli qərarı ilə “Molla Vəli Vidadinin poetik irsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır.
Yeni-yeni uğurlara imza atan Mehman müəllimin tərcümə - halına bir balaca nəzər salmaq istəyirəm. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının baş müəllimidir. 2 noyabr 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsinə irəli çəkilir. 2018-ci ildən elmlər doktorluğu proqramı üzrə Azərbaycan Dillər Universitetinin doktoranturasında təhsilini davam etdirir, “Müstəqillik dövrü Azərbaycan nəsrinin bədii-estetik özünəməxsusluğu və inkişaf istiqamətləri” mövzusunda dissertasiya üzərində işləyir. “Mirzə Cəlil yanğısı” kitabı Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli (protokol №06) qərarına əsasən ali məktəblərin müəllim və tələbələri üçün dərs vəsaiti kimi təsdiq olunub.
2005-ci ildə “Beynəlxalq sənət mükafatı”, 2007-ci ildə “Birlikdə yaşamaq sənəti və Mövlanə” Beynəlxalq müsabiqəsinin laureatı, 2011-ci ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin, 2013-cü ildə “Məmməd Araz” mükafatı, 2014-cü ildə “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin, 2015-ci ildə “Beynəlxalq Səməd Behrəngi Ədəbi Mükafatı” n qalibidir.
2017-ci ildə “Fəxri mədəniyyət işçisi”, 2019-cu ildə “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı”, “İlin ədəbiyyat adamı” və “Prezident mükafatçısı” adlarına layiq görülüb.
8 kitabın müəllifidir. Beynəlxalq “Multikulturalizm” jurnalı redaksiya heyətinin, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2003–2016-cı illərdə 76 saylı Lənkəran–Astara seçki dairəsi üzrə məntəqə sədri olub.
Ən əsası isə 16 noyabr 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinə direktor seçilib.
Onun haqqında deyilən bu səmimi fikirlərlə yazıma nöqtə qoymaq istəyirəm. Mehman müəllim çox şaxəli yaradıcılığa malikdir. Ədəbiyyatşünas alimdir. Kənd müəllimi tanınmış alim, şair səviyyəsinə qədər gəlib. Nəcib istəyi, niyyəti Vətənin, xalqın mənafeyinə yönəlib. Öncə də ləyaqətli insan olmanın, təmiz və qürurlu ömür yaşamanın nümunəsidir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər