Mobil versiya
İsrail Qəzzalı məhbusların birdəfəlik azadlığa buraxılmasında israrlıdır
Tarix: 19-08-2025 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

İsrail Qəzzalı məhbusların birdəfəlik azadlığa buraxılmasında israrlıdır
İsrailin Misir və Qətərin Qəzzada atəşkəs və məhbus mübadiləsi təklifinə ilkin cavabının bütün məhbusların bir anda azad edilməsini nəzərdə tutan hərtərəfli razılaşma olduğu bildirilir.
İsrailin dövlət televiziya kanalı KAN, baş nazirlik ofisinin rəsmisinə istinadən xəbər verib ki, Həmas Qəzzada atəşkəs və məhbus mübadiləsi ilə bağlı vasitəçi ölkələrin yeni təklifini qəbul etdikdən bir gün sonra Tel-Əviv hökumətinin ilk cavabı hərtərəfli məhbus mübadiləsi razılaşması olub.

İsrailin aclıq saldığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 3 nəfər artaraq 266-ya çatıb.
İsrailin siyasətinin “ardıcıl və dəyişməz” olduğunu iddia edən İsrail rəsmisi bildirib ki, Təl-Əviv hökuməti Qəzza zolağına hücumların dayandırılması üçün müəyyən edilmiş prinsiplərə uyğun olaraq 50 israilli məhbusun hamısının bir anda azad edilməsini təmin edəcək hərtərəfli razılaşmada israrlıdır.

Rəsmi, "Həmas ilə bağlı son qərar mərhələsindəyik. Geridə heç bir məhbus qoymayacağıq" dedi.

Bir İsrail rəsmisi daha əvvəl yerli mediaya bildirib ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsir mübadiləsi təklifinə cavabı vasitəçilər tərəfindən Təl-Əviv hökumətinə çatdırılıb.

Bu arada İsrail mediasına danışan iki İsrail rəsmisi qeyd edib ki, Baş nazir Benyamin Netanyahunun İsrail məhbuslarının mərhələli şəkildə azad edilməsini nəzərdə tutan vasitəçilərin atəşkəs təklifini nəzərdən keçirmək üçün görüşlər keçirməsi gözlənilir.

HƏMAS atəşkəs təklifini qəbul etdiyini açıqladı
HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı Misir və Qətərin təklifini qəbul etdiyini açıqlayıb.

Qahirə və Dohanın təqdim etdiyi yeni atəşkəs və əsir mübadiləsi təklifinin qəbul edildiyi bildirilən bəyanatda, "Həmas və digər Fələstinli qruplar vasitəçi ölkələr olan Misir və Qətərin dünən təqdim etdiyi təklifi qəbul etdiklərini bildirdilər" ifadəsi də yer alıb.

Misir mediası yeni təklifin 60 günlük müvəqqəti atəşkəslə yanaşı, “müharibəyə son qoymaq üçün hərtərəfli razılaşma”nın da olduğunu bildirib.

Təklifdə həmçinin qeyd olunub ki, bu təklif Qəzza zolağına humanitar yardımların daxil olmasını asanlaşdırmaq üçün “İsrail qüvvələrinin sərhədyanı bölgələrdə yenidən yerləşdirilməsi”ni ehtiva edir.

Mətbuat atəşkəs dövründə Qəzzada sağ qalan 10 israilli məhbusun azad edilməsi və daha 18 nəfərin cəsədinin qaytarılması müqabilində bir neçə fələstinli məhbusun azad edilməli olduğunu bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025