Mobil versiya
Gülər Sultanzadə: “Bu seçkilər cənab Prezident İlham Əliyevin özünə inamının və xalqın dəstəyinə əminliyinin ən bariz göstəricisidir”
Tarix: 24-01-2024 | Saat: 12:19
Bölmə:Gündəm / Siyasət / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Bu seçkilər cənab Prezident İlham Əliyevin özünə inamının və xalqın dəstəyinə əminliyinin ən bariz göstəricisidir”

“Bu gün biz hamımız haqlı olaraq müstəqil, güclü və sürətlə inkişaf edən Azərbaycan dövlətinin, torpaqlarının işğalına son qoymuş və suverenliyini bərpa etmiş ölkənin vətəndaşları olmağımızla fəxr edirik, bundan qürur duyuruq. Lakin heç bir halda unutmaq lazım deyil ki, Azərbaycan nə hazırkı inkişaf mərhələsinə, nə də bu gün dünya birliyində sahib olduğu mövqelərə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı əzmkarlıq və birlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Əlbəttə ki, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində xalqın inandığı və arxasınca getdiyi lider faktoru əvəzolunmaz rol oynamışdır. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bu da bir danılmaz həqiqətdir ki, 2003-cü ildən sonra Ulu Öndərimizin əsasını qoyduğu daxili və xarici siyasət kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz möhtərəm dövlət başçımızın liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Cənab Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam edtriən partiya fəalı daha sonra bildirib ki, Prezident İlham Əliyev torpaqlarımızı düşmən tapdağından azad etməklə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirdi: “2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Prezidentliyin ilk dövründə cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, yeni iş yerlərinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı, müasir təhsil və səhiyyə infrastrukturlarının qurulması və s. daxil idi. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü, nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Düzgün strategiya, güclü iradə, qətiyyət və çeviklik öz bəhrəsini verməyə bilməzdi. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz cənab Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı Rəşadətli Ordumuzla azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var. 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir güclü ordusu var.”

Həmçinin müsahibimiz fevralın 7-də keçiriləcək prezident seçkiləri barədə fikirlərini bölüşərək bunları deyib: “Dövlətimizin artmaqda davam edən qüdrəti, ölkəmizin dəyişən siması, Qarabağı azadlığa qovuşduran əzəmətli zəfər, Azərbaycanın və bölgənin həyatında baş verməkdə olan dərin proseslər Prezident İlham Əliyevin müstəsna uğurla həyata keçirdiyi tarixi missiyasının birbaşa təsdiqidir. Bu missiya həm Azərbaycanın müasir şərəfli tarixində ifadə olunur, həm də onun daha parlaq gələcəyinin etibarlı qarant rolunu oynayır. Bu gün ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarla yanaşı bütün demokratik təsisatlar da uğurla fəaliyyət göstərir. Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu baxımdan, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri həmdə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir, bunu Zəfər seçkisi də adlandırmaq olar. Zəfər seçkisi həm də ədalətli rəqabət mühitini təmin edəcək. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025